Bakıda aldatma yolu ilə oğurluq hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Nərimanov rayonu Ceyhun Hacıbəyli 22 ünvanında qeydə alınıb. Dekorasiya mağazasında baş verən oğurluq anbaan kameralara düşüb.
Belə ki, adıçəkilən ünvanda olan mağazaya girən naməlum şəxs özünü obyekt sahibinin dostu kimi təqdim edir. Yan mağazada işlədiyini deyən orta yaşlı kişi müştəriyə geri qalan pulun qaytarılması üçün xırdasının olmadığını bildirir və bu mağazadan 50 manat borc götürür. Bir qədər sonra oğurluq olan mağazada işləyən xanım yan obyektə getdikdə orada belə bir şəxsin işləmədiyini öyrənir. Daha sonra fırıldaqçının eyni üsulu digər mağazalarda da işlətdiyi məlum olur.
Zərərçəkmiş şəxs Orxan Məmmədov Trend-ə bildirib ki, oğurluq ötən gün səhər saat 11 radələrində baş verib və o, hadisə barədə artıq polisə də müraciət edib.
© xezerxeber.azPomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb - VİDEO
Pomidor idxalına qoyulan qadağa böyük maliyyə itkisi yaradıb - VİDEO
Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib
ABŞ-da koronavirusa qarşı peyvənddən sonra ölənlərin sayı açıqlanıb
Bir həftədə Azərbaycanda COVID-19-a yoluxma sayı iki dəfə azalıb
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB