Erməni mediası - Münhendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir - VİDEO

17.02.2020 20:42

Almaniyanın Münxen şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında keçirilən debat Paşinyanınınməğlubiyyəti kimi qəbul edilib. Ermənistandaictimai-siyasixadimlər İlham Əliyevişahinə,Paşinyanıisəgöyərçinə bənzədiblər. Bəziləri isə PaşinyanıMünxendəki çıxışına görə təhqiretməkdən belə çəkinməyiblər.

''Münxendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir.''

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Almaniyanın Münxen şəhərində keçirilən debat Ermənistandaböyük əks-səda doğurub. Erməni ictimaiyyət nümayəndələridebat zamanı olduqca sönük və əzik görünən Nikol Paşinyanı sərt şəkildə tənqid ediblər.

Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan feysbuk səhifəsində PaşinyanınAzərbaycan Prezidentinəməğlub olduğunu yazıb.

Erməni politoloq Andranik Tevanyan isə ölkərəhbəri yükünün Paşinyanın çiyinlərinə ağır gəldiyini bildirib.

'' Paşinyan-Əliyev debatına baxdınız? bir neçə dəqiqə ərzində ermənistanın qapısından o qədər avtoqol buraxdı"-deyə Ermənistanın müxalif respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov özünün facebook səhifəsində yazıb.

Ölkənin "Tert.am" saytı bir neçə aparıcı ekspertin iştirakı ilə debatlarda Paşinyanın və İlham Əliyevin arqumentlərini incələyib.Sayt yazır ki,Prezident İlhamƏliyev növbəti dəfə tələbini açıq ortaya qoydu, Paşinyan isə yox. Yazıda NikolPaşinyanın baş nazir statsuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi əlavə olunub.

Tetr.am saytı sondaPaşinyanın debatda səsləndirdiyi tezislərin belə korrektə olunmadığını vurğulayıb.Daha bir erməni politoloq Aleksandr Manasyan da Paşinyanı bu debata kifayət qədər hazırlaşmamaqda günahlandırıb.

ErməniyazıçıAnna Terkott-Astvaçaturyan sosial şəbəkə hesabında Nikol Paşinyanı təhqir edib. O, Ermənistan baş nazirinin Münxendəki çıxışını biabırçılıq adlandırıb.

Erməni müğənni ,şair Anna Hovner ,Paşinyanınheçnə olduğunu deyib.''Utandığımdan yerin dbinə girirəm. Nikol Paşinyan, məişət adamları səninçıxışının parlaq bir performans olduğunu söyləsə, inanma. Özünü reallıqdan uzaqlaşdırma və bil: sən sadəcə sıfırsan, heç nəsən! "-- deyə erməni müğənni Paşinyanın Münxendəki çıxışına münasibətbildirərkəndeyib.

© xezerxeber.az


369 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR