Doqquz yaşlı qız hovuzda batan iki yaşlı uşağı xilas etdi - VİDEO

17.02.2020 10:14

ABŞ-ın Miçiqan ştatınınLivoniya şəhərində doqquz yaşlı qızın diqqəti sayəsində hovuzda batan uşaq xilas olub.

Lenta.ru-nun məlumatına görə, hadisənin görüntülərisosial şəbəkələrdə yayılıb.

Kadrlarda görünür ki, iki yaşlı uşaq hovuza düşür və batır. Hovuzda olan digərləri bunu görmürlər. Ancaq orada olan qız bunun fərqinə varır və uşağın xaçanasına deyir. Dərhal suya tullanan qadın uşağı çıxarır.

Kamera görüntülərinə əsasən demək olar ki, uşaq hovuzun dibində üç dəqiqədən artıq qalıb.

Xoşbəxtlikdən oteldə həmin vaxt iki tibb bacısı olub. Onlar uşağa yardım edərək,həyatını xilas ediblər. Uşaq yerli xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

© xezerxeber.az


334 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR