Hacıqabul, Qax və Balakəndə ağır yol qəzaları - 3 nəfər ölüb - VİDEO

29.01.2020 18:54

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistralının 70-ci kilometrliyində, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bərdə rayon sakini, 38 yaşlı Vüsal Adıgözəlovun idarə etdiyi avtomobil Goranboy rayon sakini, 47 yaşlı Müşfiq Cəfərovun idarə etdiyi qoşqulu yük maşınına arxadan çırpılıb. Nəticədə avtomobilin sürcüsü hadisə yerində ölüb.

Balakəndəki qəza da ölümlə nəticələnib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Əfəndiyevi vurub. Qəza zamanı ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qaxda isə mikroavtobusla minik avtomobilinin toqquşması ölümlə nəticələnib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR