Badamdar sürüşmə sahəsində yeni quyular qazılır - VİDEO

28.01.2020 20:12

Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin qarşısının alınması üçün işlər davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, ilkin olaraq yamacda toplanan su kütləsi quraşdırılan motorlarla çıxarılır.

Azərinşaat Layihə İnstitutunun geoloji şöbəsinin rəisi Samir Vəliyev deyib ki, martın əvvəlində yamacın yuxarı hissəsində suqəbuledici quyunun qazılmasına başlanılacaq.Quyunu daxildən bərkitmək üçün metal lövhələr isə Yaponiyadan gətiriləcək.

Şöbə rəisi onu da bildirib ki, yamacın qaş hissəsində tikilən evlərin kanalizasiya probelminin həlli üçün də layihə hazırlanır.

Xatırladaq ki, yanvarın 9-da Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verdiyindən avtomobil yolu bağlanmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR