Zaqatalada iribuynuzlu heyvanlar quduzluqdan tələf olur - VİDEO

27.01.2020 20:14

Zaqatalada son iki ay ərzində bir neçə iribuynuzlu heyvan quduzluq xəstəliyindən tələf olub.

Xezerxeber.az-ın məlumatına görə, Zaqatala rayon, Höytala kənd sakini 61 yaşlı Məmməd Əhmədov uzun illərdir ki, heyvandarlıqla məşğul olur. Təxminən 25 gün əvvəl səs-küy eşidən fermer tövləsindəki iribuynuzlu heyvanlardan birinin qanının axdığını görüb.

Sahə Baytarlıq məntəqəsinin əməkdaşları tərəfindən nəzarətə götürülən buzovda və bir neçə gün sonra isə inəkdə quduzluq əlamətləri aşkar edilib. Hər iki heyvan lazımi dezinfeksiya tədbirlərinə əməl edilməklə ekskovatorla 5 metr dərinliyində quyu qazılaraq basdırılıb. Eyni zamanda tövlə və həyətyanı sahədə lazımi dezinfeksiya işləri aparılıb.

Heyvanlara quduzlaşmış çaqqalın hücum etdiyi ehtimal edilir. Kəndlilər bildirir ki, çaqqalların kəndlərə sürü ilə girməsi halları çoxalıb.

Baytarlar digər heyvanlara da quduzluq xəstəliyinin keçib- keçməməsini aşkarlamaq üçün tədbirlərini davam etdirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR