Parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiya üzvləri Milli Məclis Aparatının mətbəəsində çap prosesi ilə tanış olublar.
Bildirilib ki, ümumilikdə 5 milyon 387 min 600 ədəd bülleten çap olunacaq. Seçki Məcəlləsinə uyğun olaraq çap prosesi seçki gününə 10 gün qalmış, yəni yanvarın 30-dək yekunlaşacaq.
Namizədlər bülletenlər çap olunduqdan sonra mübarizəni dayandırsa, adlarının üzərindən xətt çəkiləcək.
Bu gün həmçinin Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasda Xətai rayonu 35 saylı üçüncü Dairə Seçki Komissiyasının sədri dəyişdirilib. Həmçinin seçkilərlə bağlı "exit poll" keçirəcək ilk təşkilatların adları açıqlanıb.
Qeyd edilib ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası Amerika Birləşmiş Ştatlarının bir təşkilatı ilə birgə "exit poll" keçirəcək.
İclasda vurğulanıb ki, deputatlığa namizədlər seçicilərlə görüşərkən digər namizədin adamı və bəzi qruplar görüşə gələn namizədə iradlar tutub sosial şəbəkələrdə paylaşırlar.
"Bu, düzgün deyil. Onların əsas məqsədi sosial şəbəkələrdə məşhurlaşmaqdır. Əgər bu məsələ ilə bağlı Komissiyaya müraciətlər daxil olsa, əlbəttə ki, buna baxılacaq",- deyə MSK sədri bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Əhaliyə çox vacib müraciət edildi - Bu nömrəyə zəng edin! - VİDEO
Hindistan-Çin hərbçiləri arasında atışma: Çox sayda yaralı var
Avropa Komissiyası koronavirusla bağlı vacib qərarlar verəcək
Əfqanıstanda İtaliya səfirliyinin zirehli avtomobili partladıldı
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirdi
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB