Gömrük xidməti gücləndirilmiş rejimə keçib: Çindən gələnlər ciddi yoxlanılır - VİDEO

26.01.2020 19:43

Çində peyda olan və sürətlə dünyada yayılan koronavirus təhlükəsi Azərbayanda da Dövlət Gömrük Komitəsini hərəkətə keçirib. Qurum Pekindən gələn sərnişinləri xüsusi yoxlamadan keçirir. XəzərXəbər hava limanındakı son vəziyyətlə maraqlanıb.

Çində baş qaldıran koronavirusla bağlı bir çox ölkələrin aeroportlarında təhlükəsizlik tədbirləri görülür. Azərbaycandan da bu ölkəyə və əks-istiqamətə aviareyslərin olduğunu nəzərə alsaq onda bu məsələ Azərbaycan üçün də aktuallıq kəsb edir.

Bəs Azərbaycanda aeroportlarda bu təhlükənin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilir? Dövlət Gömrük komitəsi koronavirusla bağlı tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Azərbycan hava yolları QSC-nın mətbuat xidmətindən verilən məlumatagörə Çindən Azərbaycana birbaşauçuşlarhəyatakeçirilir.Uçular Çinin paytaxtı Pekin şəhərindən Bakıya nəzərdə tutulub..

Hava limanında müştəri gözləyən taksi sürücüləri də Çindən gələn sərnişinlərlə bağlı tərəddüd keçirdiklərini bildirirlər.

Onu da qeyd edək ki, bir müddət əvvəl Çində aşkarlanan koronavirus onlarla insanın ölümünə səbəb olub. Dünya Səhiyyəsi hələ də bu ölüm saçan virusun nədən əmələ gəldiyini və müalicəsini tapa bilməyib.

© xezerxeber.az


220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR