Paytaxtın Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel Prospektini birləşdirən yoldan istifadə edən sürüclər problemlə qarşılaşırlar. Problemdə ondan ibarətdir ki, Süleyman Əhmədov küçəsindən prospekt istiqamətində şəhərə tərəf olan hissədə yolda 2 zolaq, Zığ şossesi tərəfə olan hissədə isə bir zolaq çəkilib. Nəticədə də Zığ şosessi istiqamətinə gedən sürücülər məcbur qalıb ortada olan təhlükəsizlik adacağında avtomobil saxlıyırlar ki, bu da onların 40 manmat miqdarında cərimə edilməsi ilə nəticələnir.
Yeni təmirdən çıxmasına baxmayaraq sürücülər bu yoldan istifadə edən zaman problemlə qarşılaşırlar.Bu yolun bir istiqamətində zolaqların sayının az olması tıxac yaratmaqla yanaşı,həm də sürücülərin cərimələnməsinə səbəb olur.
Bura Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel prospektini birləşdirən yoldur.. Rayonun NZS qəsəbəsindən gəlib üzü Zığ şosessi istiqamətinə gedən sürücülər zolaqların azlığından şikayyətçidirlər.Onların sözlərinə görə,yolda şəhər istiqamətinə daha geniş yer ayrılıb,Zığ şosessi istiqamətinə isə bir zolaq çəkilib.Buna görədə Zığ şosessi tərəfə getmək istəyən sürücülər ortada çəkilən ''Təhlükəsizlik adacağın''da saxlamalı olurlar.Bu zaman isə sürücülər40 manat miqdarında cərimə edilir.Üstəlib bu istiqamətdə işıqforun yaşıl işiğının 15 saniyə yanması da tıxacın yaranmasına səbəb olur..
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki,Süleyman Əhmədov küçəsindən gələn nəqliyyat vasitələrinin daha rahat keçidini təmin etmək məqsədi ilə zolaqlarda genişləndirmə və kanallaşdırma işləri aparılsa vəziyyət yaxşılaşar.
Sürücülər problemin tezliklə həll olunmasını istəyirlər.
© xezerxeber.azƏksər küçə və prospektlərdə yağış barmaqlıqları yoxdur - VİDEO
Sərxoş sürücülərə qarşı cəzalar daha da sərtləşdirilir - VİDEO
İki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
13 min kilometr yol qət edən göyərçin tələf ediləcək - VİDEO
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB