Bakıda bir gündə 40 nəfər zəhərlənib? – Rəsmi açıqlama - VİDEO

26.01.2020 18:47

Bir gecədə 40 nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı Kiv-də və sosial şəbəkələrdə məlumat yayılıb. Yayılan informasiyalarda zəhərlənənlərin 1 Saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə aparıldığı qeyd olunur. Bu hadisənin yalan ya da doğru olması ilə bağlı TƏBİB və "Azəriqaz" İstehsalat Birliyindən açıqlma verilib.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda 40-dan çox adamın kütləvi şəkildə zəhərlənməsi barədə məlumat yayılıb. Məlumatda bildirlir ki, həmin şəxslər dəm qazından zəhərləniblər.

İddia olunur ki, zəhərlənən şəxslər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar. Bəs görəsən həqiqətənmi bu hadisə baş verib? Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova deyir ki, yayılan xəbərlər həqiqətə uyğun deyil. Həmin tarixdə bir ünvandan yox, paytaxtın müxtəlif rayonlarından dəm qazından zəhərlənmə ilə bağlı müraciətlər olub.

Məsələyə "Azəriqaz" İstehsalat birliyindən də münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov qeyd edib ki, yayılan bu məlumatlar həqiqətə uyğun deyil.

Ümumilikdə isə dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin 103 qaynar xəti və "Azəriqaz" İstehsalat Birliyinin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamaq tövsiyyə olnur.

© xezerxeber.az


436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR