Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda əcnəbi vətəndaş spirtli içkidən zəhərlənib - VİDEO

25.01.2020 17:55

Bakıda əcnəbi vətəndaş spirtli içkidən zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında olub.

Qazaxıstan vətəndaşı, 39 yaşlı Şahmalı Əzimov Xətai rayonunda yerləşən kafelərdən birində 1 litr ''Tradisii Belarusii'' markalı araq içib və daha sonra özünü pis hiss edib. O, ətrafda olan şəxslərin köməyi ilə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, Şahmalı Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır. 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinin həkimi Faiq Süleymanov deyib ki, zəhərlənmə faktlarının böyük əksəriyyəti saxta içkilərdən baş verir.

Qeyd edək ki, son günlər spirtli içkidən zəhərlənmələr artıb. Zəhərlənmələrdən hətta ölüm faktları qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR