Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib - VİDEO

25.01.2020 18:33

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirib.

"Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır”, - deyə qeyd olunub.

Xatırladaq ki, Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində ölən 22 nəfər ölüb, 1030-dan çox insan xəsarət alıb.


© xezerxeber.az

FOTOQALERIYA






262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR