Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Sabirabadda ödəmə terminalı problemi yaşanır - Əhali kommunal ödəniş edə bilmir - VİDEO

25.01.2020 20:28

Sayğaclar smart tipli olsa da, ödəmə terminalı yoxdur...

Xezerxeber.az-ın məlumatına görə, söhbət sabirabad rayonundan gedir.

Sabirabadda elektrik sayğacları smart kart tipli sayğaclarla əvəzlənib. Lakin əksər kəndlərdə ödəmə terminalı yoxdur. 7 mindən çox əhalinin yaşadığı Azadkənd, Çığırğan, Minbaşı və Həşimxanlı kəndlərində analoji vəziyyət var. Sakinlər karta vəsait yükləmək üçün Sabirabad, Salyan və ya Şirvan şəhərlərinə getmək məcbiriyyətində qalırlar.

Sakinlər bildirirlər ki, digər kəndlərdəki terminallar da əksər hallarda işləmir.

Kənddəki mağazalardan birində ödəmə terminalının quraşdırılması üçün aidiyyəti şirkətə müraciət də edilib. Şirkət terminal quraşdırmağa söz versə də, hələ ki, nəticə müsbət olmayıb.

Sabirabad Elektrik Şəbəkəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ ilə bağlı onlara müraciət daxil olmayıb. Sakinlər müraciət etsələr, problemin həlli üçün onlara lazımi köməklik göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR