Şəki DYP-də maraqlı tədbir; nümunəvi sürücü seçildi - VİDEO

24.01.2020 19:33

Düz 20 ildir ki avtomobil idarə edir və bir dəfə də olsun qayda pozduğu qeydə alınmayıb. Elə buna görə də həmin sürücü Dövlət Yol Polisi bölməsinə dəvət olunaraq mükafatlandırılıb..

40 ildən çoxdur maşın sürür.Onun son 20 ilində isə heç bir qayda pozuntusu eləməyib..

Şəki rayonu, Qoxmuq kənd sakini 77 yaşlı Hümmət Daşdəmirov son 20 ildəheç bir yol hərəkəti qaydasını pozmayıb.Hümmət Daşdəmirov deyir ki, həmişə sükan arxasına keçəndə məsuliyyət hiss edib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ətraflı araşdırma edəndən sonra nümunəvi sürücünü aşkar ediblər.

Hümmət Daşdəmirov bu göstəricilərə görə polis şöbəsinə çagırılanda isə həyacanlanıb.Neçə illər sonra hardasa qayda pozduğunu düşünüb.Şöbəyə çatanda isə sürprizlə qarşılaşıb.

Nümunəvi sürücünü mükafatlandırmaqda məqsəd həmdə onun digər sürücülərə örnək göstərərksürücüləri yol hərəkəti qaydalarına riayət etməyə təşviq etməkdir.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR