Bakı və Moskva arasında dəyirmi masa keçirildi - VİDEO

24.01.2020 19:04

Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafı üçün hər iki tərəfin yüksək səviyyəli nümayəndə heyətləri Bakıda bir araya gəliblər. Tədbirdə çıxış edən Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq konfransının Rusiya ilə bu sahədə ilk tədbir olduğunu bildirib. Rusiya prezidentinin xüsusi nümayəndəsi isə Azərbaycanı regionda bütün ölkələrlə əlaqələri yaxşı olan yeganə ölkə adlandırıb.

"Azərbaycan Prezidenti tərəfindən əsası qoyulmuş Bakı prosesi müxtəlif formatlarda həyata keçirilir".Bunu "Bakı-Moskva: mədəniyyətlərin dialoqu" konfransı çərçivəsində "Mədəniyyətlərin dialoqu - xalqların dialoqunun əsası" mövzusunda keçirilən dəyirmi masada Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bu ilin payızında Bakıda növbəti Humanitar Forumun keçiriləcəyini və mədəniyyətlər dialoqunun bu prosesə hazırlıq xarakteri daşıdığını vurğulayıb. Nazir forumda iştirak etmək üçün Rusiyadan Azərbaycana təxminən 150 nəfərdən ibarət geniş nümayəndə heyətinin gəldiyini qeyd edib. Əbülfəs Qarayev Mədəniyyət nazirliyinin Bakı Prosesinin bütün dünyanı əhatə edən qlobal prosesə çevrilməsində digər qurumlarla koordinasiyalı şəkildə çalışdığını bildirib.

Dəyirmi masadan öncə jurnalistlərə açıqlama verən TASS informasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğuna diqqət çəkib. O, buna əsas səbəbin iki ölkənin liderləri arasında yaxın və səmimi münasibətin olduğunu bildirib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiya üçün strateji tərəfdaş olduğunu və humanitar sahədə əlaqələrin yüksək səviyyədə qurulduğunu vurğulayıb.

Konfransda Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol da imzalanıb.

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR