Bakıda uşaq oğurluğunda ittiham olunan qadın tapıldı - VİDEO

24.01.2020 19:47

Paytaxtdauşaq oğurluğunda ittiham olunan qadın tapıldı

Səhər saatlarında sosial şəbəkələrdə yayılan məlumatda bir qadının məktəbin qarşısından valideyni yanında olmayan azyaşlı qızı oğurlamaq istədiyi qeydolunub.Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyini vəd edərək yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunurdu.Hətta valideynlər arasında belə bir məlumat da yayılıb ki, güya həmin qadın üç kişi ilə əlbir olub ancaq qızları oğurlayır.

Sabunçu rayonundakı 96 və 67 saylı orta məktəbdə övladları oxuyan valideynlərbunu eşitdikdən sonra narahatçılıqhisskeçiriblər.Səhər uşağını məktəbə gətirənlər hətta evə getmədən gözləməyə başlayıblar.

Gülsüm Babayevanın sözlərinə görə ötən gün bir qadın onun nəvəsinə məktəbin həyətində yaxınlaşıb.

Çox çəkmədi ki, polislər həmin qadını saxladı. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, Elşad Hacıyev ''Xəzər Xəbər''ə açıqlamasında bildirdi ki, təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, Xızı rayon sakini 55 yaşlıReyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib. ''Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılan iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır'', - deyə məlumatda qeyd olunub.

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR