İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb - VİDEO

23.01.2020 19:16

Prezident İlham Əliyevinİsveçrə Konfederasiyasının prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü zamanı əsasən ,ikitərəfli əlaqələr müzakirə olunub.

Tərəflər BMTtəhlükəsizlik şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparıblar. Ölkəmizin avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulanıb. Azərbaycan ilə isveçrə arasında iqtisadi əlaqələrə toxunulub, bu münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib. Prezident İlham Əliyev ölkəmizdə gələcəkdə turizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində də bərpaolunan enerjidən istifadənin mümkünlüyü bildirilib.alternativ enerjinin azərbaycanda böyük potensialı vurğulanıb.

Prezident İlham Əliyev Davosda "Sviss Re" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb. Veronika Skotti d "Sviss Re" şirkətininPrezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduğunu bildirib.Söhbət zamanı dövlət başçısı ölkəmizdə sığorta bazarının, xüsusilə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkilinin və inkişafının vacib olduğunu vurğulayıb."Sviss Re" şirkətiəsasən fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biridir.

Dövlət başçısınınDavosda həmçinin"Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel ilə dəgörüşü olub.Loik Tasselson illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib. Bildirilib ki, bu, "Procter and Gamble Europe" şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Loik Tassel Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyib, rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışıb. Prezident İlham Əliyev gələcəkdə də Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayıb.Söhbət zamanı məlumat verilib ki, "Procter and Gamble Europe" şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib.

© xezerxeber.az


289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR