Makrondan İsrail polisinə sərt sözlər - ŞOK VİDEO

23.01.2020 18:18

Fransa Prezidenti Emmanuel Makron Qüdsə səfəri zamanı Əzizə Ana Kilsəsinin qarşısında İsrail polisi ilə mübahisə edib.

Kilsənin önündə onu müşayiət etmək istəyən polis əməkdaşlarını görən kimi fransız lider onlardan kilsəni tərk etməyi tələb edib.

"Çölə çıxın, qaydalara əməl edin, bu qaydalar yüzillərdir qüvvədədir. Mənə görə dəyişdirilməyəcəklər”, - deyə Makron qəzəblənib.

XIX əsrdə Osmanlı sultanı I Əbdülməcid tərəfindən tikilən və Krım müharibəsində Fransanın dəstəyinə görə III Napoleona hədiyyə edilən kilsə Fransanın hesab edilir.

teleqraf

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR