Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

"Fitch" Azərbaycanın reytinqini təsdiqləyib - VİDEO

21.01.2020 20:28

Azərbaycanda bankların kapitallaşması artıb, problemli kreditlərin həcmi azalıb. "Fitch Ratings" agentliyinin 2019-cu il üçün hesabatında belə deyilir. Hesabatda ölkənin uzunmüddətli xarici valyuta emitenti reytinqi "BB+" səviyyəsində təsdiq edilib. Buna isə əldə edilmiş bir sıra mühüm makroiqtisadi göstəricilər və maliyyə-bank sektorundakı iqtisadi nailiyyətlər səbəb olub. Reytiniqin bu səviyyədə qorunub saxlanmasının ölkə üçün bir sıra müsbət cəhətləri var.

"Fitch Ratings" agentliyi bir neçə gün öncə 2019-cu il üçün olan hesabatı təqdim edib. Orada Azərbaycanın Uzunmüddətli Xarici Valyuta emitenti reytinqi "BB+" səviyyəsində təsdiq edilib. Buna isə əldə edilmiş bir sıra mühüm makroiqtisadi göstəricilər və maliyyə-bank sektorundakı iqtisadi nailiyyətlər səbəb olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Müseyibovun sözlərinə görə, bu səviyyə bir sıra komponentlərə əsasən təyin edilir.

Hesabatda bankların kapitallaşmasının 2018-ci illə müqayisədə 4%-ə yaxın artaraq 23%-ə yüksəldiyi, problemli kreditlərin həcminin azaldığı öz əksini tapıb. Hesabatda 2019-cu ildə qeyri-neft sektorunun 3,5% artdığı, eləcə də inflyasiyanın proqnozlaşdırılan çərçivədə qərarlaşdığı qeyd olunub. Reytinqin bu səviyyədə olmasının ölkə üçün bir sıra müsbət cəhətləri var.

Hesabatda Azərbaycanın 2020-21-ci illərdə də sosial və siyasi cəhətdən sabit ölkə kimi yenə də mövqeyini qoruyub saxlayacağı qeyd edilib.

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR