Dəmir yolundan oğurluq edən şəxs tutulub - VİDEO

21.01.2020 20:16

Dəmir yolundan oğurluq edən şəxs tutulub.

Hadisə Şirvanda olub.Bu barədə dəmir yol ustası Coşqun Salmanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.Polis əməliyyatla həmin şəxsin şəxsiyyətini müəyyən edib.

Dindirilmə zamanı Həbib Şıxəliyev törətdiyi əməli etiraf edib, oğuladığı rels altlıqları və mıxlar ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR