100 yaşlı müharibə veteranı Qüdrət Cəfərov - VİDEO

19.01.2020 19:37

Gəncə sakini, bəyük vətən müharibəsi veteranı Qüdrət Cəfərov 100 yaşını qeyd edir. Onlarla medal, mükafat və təltiflərin sahibi olan veteran elə indi də vətən uğrunda döyüşə hazır olduğunu deyir. O, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla olan görüşündən də danışıb.

Zabit mundirini geyindi, orden və medallarını sinəsinə taxdı. 100 yaşlı gəncəli veteran Qüdrət Cəfərov yubiley gününü doğmalarının, övlad və nəvələrinin əhatəsində qeyd edir.

O,2-ci dünya müharibəsindəki ən qızğın döyüşlərdə təbib kimi yaralıların xidmətində durub. Bir dəfə onun yolu böyük azərbaycanlı, Sovet İttifaqı Qəhəmanı Həzi Aslanovla da kəsişib.

Sinəsi medallarla dolu olan vetaran başqa təltiflərin də sahibidir. Dövlətin onlara qayğısından isə hər zaman razı olub. Hər fürsətdə gəncləri mənəvi saflığa səsləyən, onları hər zaman torpaqların azadlığı uğrunda döyüşlərə hazır olmağa çağıran qocaman veteran özünü də cəbhədən kənarda görmür.

Faşizm üzərində qələbənin75 illiyinə də həvəslə hazırlaşan Qüdrət Cəfərov hər ilin 9 may tarixini də özünün ikinci ad günü kimi qyed edir.

© xezerxeber.az

FOTOQALERIYA






178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR