Əhaliyə ŞAD XƏBƏR: Kirayəyə veriləcək MƏNZİLLƏRİN SİYAHISI AÇIQLANDI - VİDEO

19.01.2020 19:59

Kirayə müqaviləsi ilə ev sahib olmaq üçün ayrılan mənzillərin yeri və sayı bəlli olub. Bu mənzillər bakı, sumqayıt və xırdalan şəhərlərində yerləşir. Elektron müraciətlərin qəbuluna isə yanvarın 22-də start veriləcək.

Kirayə evlərin hansı rayonlarda və konkret hansı adreslərdən veriləcəyi artıq bəllidir. Bu barədə İpoteka və kredit zəmanət fondu açıqlama yayıb. Mənzillər Bakı, Xırdalan və Sumqayıt şəhərlərindən seçiləcək.

Bakı şəhəri üzrə mənzillərin müəyyən edildiyi yerlərdən biri Xətai rayonudur. Burda 40 mənzil nəzərdə tutulub.

Paytaxtda kirayə evlər üçün müəyyən edilən binaların bir qismi isə Nizami rayonunun ərazisində yerləşir. Burda isə satış üçün 208 mənzil ayrılıb.

Bundan əlavə Abşeron rayonu, Xırdalan şəhəri 2-ci məhəllədə 58 və Sumqayıt şəhəri, Sülh küçəsində 25 mənzil seçilib. Ümumilikdə isə ilkin mərhələdə satış üçün hazırlanan mənzillərin sayı 331-dir. Onu da qeyd edək ki, müraciətlər "Elektron Hökumət Portalı" üzərindən Fondun "Elektron ipoteka və kredit zəmanət sistemi" vasitəsi ilə gücləndirilmiş elektron imzadan və ya ASAN imzadan istifadə etməklə həyata keçiriləcək. Elektron müraciətlər yanvar ayının 22-də başlayacaq. Müraciətin hansı formada aparılması qaydaları ilə bağlı isə İpoteka və Kredit Zəmanət Fondunun youtube səhifəsində maarifləndirici video çarx yerləşdirib. Vətəndaşlar həmin video çarxa baxaraq prosesin təfərrüatları ilə asanlıqla tanış ola bilərlər.

© xezerxeber.az

FOTOQALERIYA






383 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR