Bakıda “Nazlı” ləqəbli qadın narkotacir tutulub - VİDEO

18.01.2020 18:43

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, tədbir nəticəsində üzərində narkotik vasitə gəzdirdiyinə görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində "Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqranm 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayevə narkoik vasitələrin satışı ilə məşğul oluduğunu etiraf edib.

Sabunçu RPİ əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurluəməliyyat tədbiri həyata keçirilib.

Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi "Mersedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən saxla işarəsi verilib. Amma o, polisin tələbinə məhəl qoymaraq qaçmağa cəhd göstərib. Sabunçu RPİ-nin əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb və onun idarə etdiyi avtobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 0,70 qram heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR