Şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - VİDEO

18.01.2020 19:48

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.

Onun sözlərinə görə, bu heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.

"Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb",- deyə MSK sədrinin müavini əlavə edib.

O bildirib ki, MSK-nın qərarı ilə şikayət edən 7 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Sədr müavini aparılan maarifləndirmə tədbirləri sayəsində şikayətlərin də azaldığını bildirib.

Qeyd edək ki, "Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılması" mövzusunda keçirilən seminar bu gün Gəncə şəhərində də keçirilib. 36 Dairə Seçki Komisyasından 108 komissiya üzvünün iştirak etdiyi tədbirdə iştirakçılara sözügedən hallarla bağlı qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri izah olunub.

Oxşar mövzulu tədbir Şəkidə də keçirilib və Şimal-Qərb iqtisadi bölgəsində mövcud olan 17 dairənin hər birindən üç nəfər olmaqla, 51 ekspert iştirak edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR