Hikmət Hacıyev: “Qorbaçova Nobel mükafatının verilməsi yenidən nəzərdən keçirilməlidir" - VİDEO

17.01.2020 19:25

"Qorbaçova Nobel mükafatının verilməsini yenidən nəzərdən keçirmək lazımdır".

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, qanlı 20 Yanvar hadisəsinin törədilməsinə qərar verən şəxsin belə yüksək mükafata layiq görülməsi təzadlıdır.

Hikmət Hacıyev 20 Yanvar faciəsinin ildönümü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın bu hadisələrin qurbanlarını "ekstremistlər" adlandırması məsələsinə də aydınlıq gətirib.

O qeyd edib ki, Paşinyanın fikirləri tam cəfəngiyyatdır.

Prezidentin köməkçisi Hikmət Hacıyev "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünün tanınmasına dair Avropa İttifaqının qəbul etdiyi sənədi də şərh edib. O bildirib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair Avropa İttifaqının dəyişməz mövqeyini alqışlayırıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






216 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR