Bakıda avtobus sürücüsündən təhlükəli hərəkət - VİDEO

17.01.2020 17:27

Bakıda yolda tıxac olduğunu görən avtobus sürücüsü əks yola çıxıb. Sürücü bu hərəkəti ilə sərnişinlərin həyatını riskə atmaqla yanaşı, digər sürücülərə də mane olub.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu ərazisində, Xiyabani küçəsində lentə alınıb.

Qaydaları pozan avtobus 211 nömrəli marşrut xəttinə aiddir.

211 saylı marşrut xəttinin aid olduğu daşıyıcı şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, qaydaları pozan sürücü müəyyən ediləcək və barəsində sərt tədbir görüləcək.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sözügedən xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi quruma çağırılıb. Ondan faktla bağlı izahat tələb olunub. Agentlik, həmçinin bu cür qayda pozuntularının sərnişinlərin həyatlarını riskə atdığını və yolverilməz olduğunu vurğuladılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR