Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Fermeri aldadaraq 22 baş heyvanını aparıblar - VİDEO

15.12.2019 19:08

Goranboyda mal-qara alverçiləri fermerin 22 baş heyvanını alaraq aparıblar. Lakin üstündən 2 ay keçsə də razılaşdıqları 26 min manatı verməyiblər. Buna görə də heyvanları aparanlar barəsində axtarış elan edilib.

Fermeri aldadaraq 22 baş heyvanını aparıblar.

Hadisə Goranboyda yaşayan Kəlbəcər sakini Mirəziz Yusifovun başına gəlib. 2 ay öncə Elmir Sadıqov və 2 nəfər fermaya gəlib. Danışıq əsasında 22 baş iribuynuzlu heyvanı 26 min manata alacaqlarına dair razılığa gəliblər.

Heyvanları aparanlar sahibinə pulu ödəyəcəklərini söz versələr də, vədlərinə əməl etməyiblər. Bir müddət sonra həmin şəxslərin telefonlarının söndüyünü görən Mirəziz Yusifov heyvanların Gəncə mal bazarında satıla biləcəyini düşünüb. Bazara yollanan fermer heyvanlardan 5 başını orada tapa bilib. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq mal-qarasının satılmayan 5 başını geri alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov "Xəzər Xəbər"ə bildirdi ki, Goranboyun Xanqərvənd kənd sakini Elmir Sadıqov ümumilikdə 4 nəfərin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib. Faktla bağlı cinayət işi başlanıb. Lakin Elmir Sadıqov istintaqdan yayındığı üçün barəsində Goranboy rayon Polis şöbəsi tərəfindən axtarış elan edilib. Onun yerinin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR