Azərbaycanda yeni hotellər açılacaq - VİDEO

14.12.2019 19:43

Bakıda və regionlarda yeni hotellər açılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, ölkəyə gələn turistlərin sayının artması 3 və daha az ulduzlu otellərə tələbatı artırıb. Təkcə bu il indiyə qədər Azərbaycan 3 milyondan artıq turist qəbul edib. Bu da öz növbəsində yerli sahibkarlarda və xarici investorlarda marağı artırıb. Sahibkarlarla danışıqlar aparılıb və həmin kateqoriyalı otellərin tikintisinə başlanılıb. Dövlət bu sahədə biznesə dəstək verir və investorlar üçün müvafiq şərait yaradır. Nəticə etibari ilə Azərbaycana gələn turistlərin sayının daha da artırılması baxımından dövlət 3 və ondan az ulduzlu otellərin istifadəyə verilməsində maraqlıdır.

Turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, Azərbaycanda 3 və daha az ulduzlu hotellərin sayının artırılmasına ciddi ehtiyac var. Çünki ölkədə, əsasən, bahalı turizm infrastrukturu yaradılıb. Bu isə orta və aşağı kateqoriyalı turistlərin ölkəyə gəlişinin qarşısını alır. Ancaq günün əsas tələbi ucuz, daha az ulduzlu hotellərədir.

Rəhman Quliyev deyib ki, 3 və daha az ulduzlu otellərin qiymətləri 4 və 5 ulduzlu otellərin qiymətləri ilə müqayisədə 50%-ə yaxın ucuz olur. Buna görə də, aşağı kateqoriyalı hotellərin sayının artırılması Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edilməsinə gətirib çıxaracaq.

Ekspert onu da bildirib ki, qonşu Gürcüstanda otellərin 70%-dən çoxunu 3 və daha aşağı ulduzlu otellər təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanda 600-ə yaxın hotel turistlərə xidmət göstərir. Həmin hotellərin çoxu isə 4 və 5 ulduzludur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






612 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR