Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verilib - VİDEO

14.12.2019 18:34

Gəncədə 9 şəhid ailəsi və müharibə əlilinə mənzil təqdim olunub. Mənzillərdən 8-i 3 otaqlı, 1 isə 1 otaqlıdır. Mənzillər püşkatma yolu ilə təqdim olunub.

Xezerxeber.az-ın məlumatına görə, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə və şəhid ailələrinə 626 mənzil təqdim olunub. Ümumlikdə isə bu kateqoriyadan olan insanlara 7178 mənzil və fərdi ev verilib.

Gəncədə həmçinin Peşə Hazırlığı Mərkzi istifadəyə verilib. Məqsəd Gəncə şəhəri və ətraf rayonlardan olan işaxtaran şəxslərin müasir əmək bazarına uyğun peşələr üzrə peşə hazırlığını təşkil etməkdir.

İlkin mərhələdə burada 60 peşə üzrə tədris prosesi aparılacaq. İl ərzində 900 nəfər peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin peşə hazırlığının təşkili də mümükün olacaq.

Mərkəzdə sinif otaqları, müasir emalatxanalar, yataxqaxa, kitabxana, akt zalı və bufet fəaliyyət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR