Dağlıq Qarabağın erməni icması azərbaycanlı icması ilə danışıqlardan qaçır - VİDEO

11.12.2019 20:05

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların formatının dəyişdirilməsindən isə heç bir söhbət gedə bilməz. Bu açıqlama Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında verilib. Qeyd edilib ki, Dağlıq Qarabağın erməni icması azərbaycanlı icması ilə danışıqlardan qaçır. Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərindən də müsbət nəticə gözlənmir.

Dağlıq Qarabağın erməni icması azərbaycanlı icması ilə danışıqlardan qaçır.

Bunu Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icması həmin bölgənin erməniləri ilə Azərbaycanın sərhədləri daxilində daimi sülh şəraitində yaşamağa razıdır. Əgər gələcəkdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olacaqsa, icmaların görüşü nəzərdən keçirilə bilər. Danışıqların formatının dəyişdirilməsindən isə heç bir söhbət gedə bilməz.

Mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, eləcə də Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin xarici səfərləri, həmçinin Beynəlxalq təşkilatların Azərbaycanla əlaqələri barədə də məlumat verilib. Qeyd edilib ki, Avropa İttifaqının beyin mərkəzləri Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirir. Həmçinin, Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə də toxunulub. Qeyd edilib ki, səfərdən müsbət nəticə gözlənmir.

Konfrans çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəsmi internet səhifəsi istifadəyə verilib. Sayt ilkin mərhələdə Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

© xezerxeber.az

FOTOQALERIYA






456 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR