I Gənc Sahibkarlar Forumu keçirilib - VİDEO

10.12.2019 19:07

Startaplar üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Bu açıqlama , Bakıda keçirilən 1-ci Gənc Sahibkarlar Forumunda verilib. Məlumata görə, gələn ildən , gənclərin innovativ startap ideyalarının kreditləşməsinə də başlanacaq.

Startapların fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.

Bunu 1-ci Gənc Sahibkarlar Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib. O, bildirib ki, hazırda meyarların təsdiq edilməsi gözlənilir.

Qeyd edilib ki, gələn ildən gənclərin innovativ startap ideyalarının kreditləşməsinə də başlanacaq. Gənclər Fondunun vəsaitindən istifadə qaydalarına əsasən, kreditləşmə üçün üç fərqli mərhələ mövcuddur.

Sonda gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənib.

© xezerxeber.az

FOTOQALERIYA






362 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR