Xoakin 38 yaşında La Liqa tarixinə düşdü - VİDEO

09.12.2019 15:29

İspaniya La Liqasının 16-cı turunda"Atletik”i 3:2 hesabı ilə məğlub edən"Real Betis”in kapitanı Xoakin İspaniya çempionatının tarixinə düşüb.

Komandasının 3 qolunun müəllifi olan ispaniyalı vinger La Liqa tarixində het-trik edən ən yaşlı futbolçu olub. O, bunu 38 yaş, 140 günlüyündə bacarıb.

İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid "Real”ının əfsanəvi futbolçusu Alfredo Di Stefanoya məxsus idi.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR