Bakıda tramvay nəqliyyatı bərpa oluna bilər - BNA danışıqlara başlayıb - VİDEO

06.12.2019 20:07

Azərbaycan Türkiyənin meqapolisi olan İstanbuldakı nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu şəhərdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar.

Xezerxeber.az-ın məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqda məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz və rahat şəkildə məzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnologiyalardan faydalanıldığı bildirilib.

İstanbul Elektrik Tramvay Tunel Nəqliyyat İdarəsinin rəhbəri Hasan Çelik bildirib ki, nəqliyyat idarəetmə ilə bağlı bütün təcrübəni Azərbaycanla paylaşmağa hazırdırlar.

Qeyd edək ki, Bakı şəhərində ictimai nəqliyyatının idarə olunması üçün yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunacaq.

Nəticədə Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobus nəqliyyatının tətbiqi üçün layihələrin reallaşması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






249 dəfə oxunub

XƏBƏRLƏR

20.01.2020 12:01

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR