Şəxsiyyət vəsiqəsi olmadan mobil nömrə almaq mümkün ola bilər - VİDEO

06.12.2019 19:10

Şəxsiyyət vəsiqəsi olmadan mobil simkart almaq mümkün ola bilər.

Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi SmartCell mobil həllini hazırlayıb.

Mobil operatorlar bu texnologiyadan istifadə edərək nömrə satışını rəqəmsal formada həyata keçirəcəklər. Rəsmi satış nöqtəsində müştərinin şəkli xüsusi proqram vasitəsilə çəkiləcək və onun şəxsiyyət vəsiqəsinin FİN kodu ilə eyniləşdiriləcək. Bu cür satış zamanı şəxsiyyət vəsiqəsinin surətinə ehtiyac olmadığından şəxsi məlumatlar da daha etibarlı qorunur. SmartCell-in tətbiqindən sonra mobil nömrələr yalnız rəsmi dilerlərdə satılacaq.

Artıq mobil operatorlardan biri ilə memorandum imzalanıb və yaxın vaxtlarda SmartCell sisteminin istifadəsinə başlanılacaq. Digər operatorlarla da danışıqlar aparılır və tezliklə onlarla da memorandum imzalanacaq. Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, satış proseduru şəxsiyyət vəsiqəsi olmadan da həyata keçirilə bilər. Hətta ödənişi onlayn edib mobil nömrəni birbaşa evə də sifariş vermək mümkündür. Lakin yerli mobil operatorlar ilkin olaraq şəxsiyyət vəsiqəsi ilə satış üsulunu tələb etdiyindən proqram da bu formaya uyğunlaşdırılıb. Onların istəyinə uyğun olaraq şəxsiyyət vəsiqəsi olmadan da mobil nömrə satışını həyata keçirmək mümkündür.

Elektron imza və üztanıma texnologiyasına əsaslanan bu sistemi istənilən təşkilat istifadə edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






467 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR