Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Özlərinin xəbəri olmadan adlarına şirkətlər qurulub - Lənkəranda ağlasığmaz hadisə - VİDEO

06.12.2019 19:18

Lənkəranda ağlasığmaz hadisə qeydə alınıb. Bir nəfər vətəndaşların etibarından sui-istifadə edərək onların adlarına MMC-lər və tikinti şirkətləri qeydiyyata alıb.

Xezerxeber.az-ın məlumatına görə, insanların özlərinin də xəbəri olmadan adlarına şirkətlər qurulub, vergi orqanlarında küllü miqdarda borc yığılıb. Hətta bir nəfərin adına göydələn inşa edən tikinti şirkəti də qeydiyyata alınıb. Aldananların arasında adında 1 milyon borc olan şəxs də var.

Ağlasığmaz dələduzluq faktı Lənkəran şəhər sakinlərinin başına gəlib. "Xəzər Xəbər"ə danışan zərərçəkmişlərin iddialarına görə, bir neçə nəfər aldatma yolu ilə onlardan etibarnamə alıb. Sonra isə adlarına bir neçə şirkət açılıb. Zərərçəkmişlər isə bundan xeyli gec xəbər tutublar.

Hər şey də elə bundan sonra başlayıb. Aldadılan şəxslər Bakıya dəvət edilib və plan həyata keçirilib. Şəxslərin adına etibarnamə alınıb və adlarına şirkətlər açılmağa başlanıb.

Zərərçəkmişlər deyirlər ki, onları aldadan şəxslərdən birinin adı İlkin, digəri isə Samir olub. 30-dan çox adam dələduzluqdan əziyyət çəkib.

Faktla bağlı polisə də məlumat verilib. Zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarından bu məsələdə onlara kömək etmələrini istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






621 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR