Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağac əkilib - VİDEO

06.12.2019 18:59

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilir.

Xezerxeber.az xəbər verir ki, ən kütləvi ağacəkmə aksiyalarından biri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində həyata keçirilib. Burada ağacəkmə aksiyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

Ekoloji aksiyada iştirak edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırıb. Onun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar.

Aksiyada iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov aksiyanın əhəmiyyətindən danışıblar.

Tədbirdə iştirak edən BMT-nin Ərzaq və Kənd Təsərrüfati Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə kampaniyası münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, bu kampaniya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı üçün önəmlidir.

Aksiyada iştirak edən tanınmışlar da bu kampaniynın iştirakçısı olmaqdan qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, Müşfiqabad qəsəbəsində keçirilən aksiyada 5 hektar ərazidə 5 mindən çox ağac əkilib. Bunlar əsasən zeytun, badam və digər meyvə ağacları olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






365 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR