Bakıda çənlərin yığışdırıldığı binanın sakinləri su problemi yaşayır - VİDEO

22.11.2019 20:05

Bakı şəhəri, Nəsimi rayonunda daha bir yaşayış binasında su çənləri götürülüb. Suyun fasilələrlə verilməsi isə bina sakinlərinin narazılığına səbəb olub. Üstəlik, sökülən çənlərin tullantıları hələ də damda qalmaqdadır ki, bu da xoşagəlməz görüntü yaradır.

Xezerxeber.az-ın məlumatına görə, su çənləri yığışdırılan binanın dam örtüyü pis vəziyyətə düşüb. Söhbət Nəsimi rayonu, Kövkəb Səfərəliyev 2 ünvanından gedır. Bu yaxınlarda binanın dam örtüyündə sakinlərə məxsus su çənlərini söküblər. Bu zaman həm ətrafa su dağılıb, həm də tullantılar damda qalıb.

Bina sakinləri deyirlər ki, su çənləri yığışdırılandan sonra, xüsusən sonuncu mərtəbədə olan bəzi evlərdə nəmişlik əmələ gəlib. Üstəlik, bina fasiləsiz su ilə təmin edilmədiyindən, sakinlər su sarıdan da əziyyət çəkirlər.

Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Nəsir Orucov isə deyir ki, çənlərin sökülməsi binaya yeni liftlərin quraşdırılması ilə bağlıdır.

Binada suyun fasilə ilə verilməsinə gəldikdə, "Azərsu" ASC-dən bildirildi ki, qurum həmin ərazini fasiləsiz su ilə təmin edə bilmir. Buna baxmayaraq, səhər və axşam saatlarında nasoslar vasitəsilə bütün mərtəbələrə su verilir. Nasoslar taxılmadığı zaman isə su yalnız 7-ci mərtəbəyə qədər qalxır. Su çənlərinin qaytarılması məsələsinə gəldikdə, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirildi ki, bu, mümkün deyil. Çünkü çənlər binanın dam örtüyündə liftin şaxtaları üçün təhlükəlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR