Qəbələdə evə ilanlar daraşıb - Cahangirovlar ailəsi qorxu içində - VİDEO

22.11.2019 20:28

Qəbələ rayonunun Həmzəli kəndində Cahangirovlar ailəsinin 5 uzvü öz evlərində yaşamağa ehtiyat edirlər. Səbəb isə havaların soyuq olmasına baxmayaraq evə ilanların daraşmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələnin Həmzəli kənd sakini İlkin Cahangirov bu evi 10 il qabaq ciy kərpiclə tikdirib.Bir neçə il əvvəldən evində tək-tək ilanlar görünüb. Son iki ayda isə evdə sürünənlərin sayı çoxalıb.

Ailə üzvülərinin sozlərinə görə, onlar sürünənləri məhv etmək üçün kreslo, divan kimi ev əşyalarını yandırıblar. Ancaq zirzəmini özünə məskən seçən ilanlar yenə də döşəmənin, divarın arasından otaqlara daxil olurlar. Evdə yaşamağın mümkün olmadığını görən ailə əşyaları həyətə daşıyıblar.

Müraciət daxil olan kimi Qəbələ rayon İcra Hakimiyyəti, Gigiyena və Epidemiologiya Mərkəzi və rayon baytarlıq xidmətinin əməkdaşları evə baxış keçiriblər.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Cahangirovlar ailəsinin təhlükəsizliyini təmin etmək, ailəni ilan stressindən azad etmək üçün ən qısa müddətdə evlərinin döşəməsi dəyişdiriləcək, lazım gələrsə yenə də kimyəvi dərmanlama işləri davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






413 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR