Azərbaycanda bir neçə sosial şəbəkə istifadəçisi "Ghosty'' proqramından zərər çəkib - VİDEO

21.11.2019 21:18

Sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını oğurlayan proqram Azərbaycanda da bloklanıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət bir müddət əvvəl sosial şəbəkə istifadəçiləri arasında geniş yayılan ''Ghosty'' proqramından gedir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ''Ghosty'' tətbiqi ilə bağlı ''Facebook'' komandasına birbaşa müraciət edib. Son günlər Azərbaycanda, eləcə də xaricdə ''Instagram'' sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və ''İnstagram''ın gizlilik qaydalarını pozan ''Ghosty'' tətbiqi ''Google Play store'' və ''App store''dan silinib.

Xaricdə naməlum tərtibatçı tərəfindən yaradılan bu tətbiq gizli ''Instagram'' hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən ''Instagram'' istifadəçisinin giriş məlumatlarını əldə edərək həmin hesabdakı gizli profilləri müəyyən edir.

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Xəyalə Babayeva deyir ki, bu proqram vasitəsi ilə Azərbaycanda da bir neçə sosial şəbəkə istifadəçisi zərər çəkib.

Qeyd edək ki, xarici mənbələrin məlumatına görə, tətbiq istifadəyə verildiyi andan etibarən ''Google Play store'' üzərindən 500 min dəfədən çox yüklənilib.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür qeyri-rəsmi tətbiqləri yükləməməyi, giriş məlumatları kimi həssas məlumatları təqdim etməməyi, özlərinin və ətrafının məxfiliyini təhlükə altında qoymamağı tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






309 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR