Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Mühafizə şirkəti işçilərinin aldadılması ilə bağlı qalmaqal böyüyür - TƏFƏRRÜAT - VİDEO

20.11.2019 20:10

Ötən gün "Xəzər Xəbər"də yayımlanan və Sabirabad rayonunda mühafizə şirkəti işçilərinin aldadılması ilə bağlı xəbər ətrafinda qalmaqal böyüyür. Tərəflər bir-birilərini qanunsuzluqda ittiham edirlər. "Xəzər Xəbər" məsələnin yeni təfərrüatlarını araşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, dünən haqqında ittihamlar səsləndirilən Beynəlxalq Təhlükəsizlik Xidməti Şirkətinin icraçı direktoru Cavidan Camalov Xəzər Televiziyasına gələrək bildirdi ki, Sabirabadda mühafizəçilərin maaşla bağlı probleminin yaranmasına həmin ərazidə rəis vəzifəsini icra edən Baba Qədirovun qanunsuz əməlləri səbəb olub.

Cavidan Camalov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiklərini də bildirdi.

Qanunsuzluqda ittiham edilən Baba Qədirovla biz də əlaqə saxladıq. O isə bildirdi ki, işə götürülən bütün şəxslər barədə şirkətin rəhbərliyi məlumatlı olub.

Maaş ala bilməyən işçilər isə bildirir ki, şirkət rəhbərliyinin məsələdən məlumatsız olduqlarını bildirmələri tamamilə əsassızdır. Onların sözlərinə görə, dəfələrlə rəhbərliklə görüşüblər və hətta birlikdə şəkil də çəkdiriblər.

İddialarla bağlı "Xəzər Xəbər"ə açıqlama verən mühafizə şirkətinin rəisi Fuad Əliyev isə bildirdi ki, həqiqətən də maaşla bağlı ona bir nəfər müraciət edib və o dərhal Baba Qədirova deyib ki, həmin adamın pulu verilsin. Fuad Əliyev onu da bildirdi ki, işçilərlə şəkil çəkdirib, ancaq onların heç də hamısı maaşla bağlı problemi olan insanlar deyil.

Məsələ hüquq muhafizə orqanlarının araşdırmasından sonra öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






346 dəfə oxunub

XƏBƏRLƏR

13.12.2019 16:33

Neymarı istəyən 6 klub

ÇOX OXUNANLAR