Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan ədliyyəsi ilkə imza atıb - VİDEO

20.11.2019 19:05

Azərbaycanda dünyada bir ilk olan ictimai işlərə nəzarət qurğusu fəaliyyətə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, yeni qurğu Ədliyyə Nazirliyinin "Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar" mövzusunda keçirdiyi ictimai təqdimat mərasimində nümayiş edilib.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib ki, sözügedən qurğu ölkəmizdə istehsal edilir. İctimai işlərə nəzarət qurğusunun mexanizmi bundan ibarətdir ki, hər hansı məhkuma cəza növü təyin edildikdə həmin şəxs konkret bir yerə gedib iş görməlidir. Bu qurğu həmin şəxsə nəzarətçi funksiyasını yerinə yetirir. Biometrik məlumatlar əsasında siqnallar onun olduğu yeri monitorinq mərkəzində göstərir. Burda artıq məhkumun gördüyü işə tam nəzarət edilir. Qurğu artıq iki aydır pilot rejimində tətbiq olunur. Bir neçə məhkum bu qurğu vasitəsilə izlənilir. Göstəricilər 100 faizə yaxındır və hər hansı pozuntular aşkarlanmayıb.

"Bu qurğu beynəlxalq tədbirlərdə nümayiş etdirilib və böyük marağa səbəb olub. Bunu nəzərə alaraq artıq qurğunun patentləşdirilməsi üzrə işlər görülür. Çünki bu bizim öz məhsulumuz və layihəmizdir. Həmin qurğu inzibati işləri görmək üçün layihələndirilib”, - deyə idarə rəisi vurğulayıb.

Bununla yanaşı, ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq bəzi xidmətlər də elektronlaşdırılır. Yaxın günlərdə bir sıra prosedurların tam elektron müstəviyə keçidi nəzərdə tutulub.

Ağakərim Səmədzadə onu da bildirib ki, son 6 ay ərzində "Elektron Məhkəmə" informasiya sisteminə 20-yə yaxın dövlət orqanının və bankların sistemi inteqrasiya edilib. Bununla da məhkəmədə işə baxan hakim sistemə daxil olub, vətəndaşın əmlakını görə bilər. Gələcəkdə "smart-kontrakt" və bəzi xidmətlərin robotlaşması da həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






225 dəfə oxunub

XƏBƏRLƏR

13.12.2019 16:33

Neymarı istəyən 6 klub

ÇOX OXUNANLAR