Yeni tikilən binalarda mənzillərin qiyməti 15 faizdən çox bahalaşıb - VİDEO

19.11.2019 18:38

Paytaxt və Bakıətrafı ərazilərdə yeni yaşayış binaları tikilir. Ayrı-ayrı ərzilərdə mənzillərin qiyməti isə müxtəlifdir. Bəs hansı ərazilərdən mənzil almaq daha sərfəlidir? Yaxud ən ucuz evlər haradadır?

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, yeni tikilən çoxmənzilli binalarda ən ucuz evlər Abşeron rayonunda təklif edilir.

Ekspert bu rayon ərazisində alıcıları diqqətli olmağa çağırır. Bildirir ki, bu qiymətdən ucuz olan binalarda əsasən tikintinin gecikməsi, 1 mənzilin iki və daha artıq adama satılması kimi ehtimallar var.

Bakının rayon və qəsəbələrində ucqar sayılan ərazilərdə isə ən ucuz mənzillərin 1 kvadratmetrinin qiyməti minimum 750-800 manatdan başlayır.

Sadalanan ərazilərdə mənzillər kreditlə alınarsa, qiymətlər bir qədər yüksəlir. Məsələn, Xətai rayonu ərazisində kreditlə satılan mənzillərin hər kvadratmetrinin qiyməti 1000 manatdan bahadır. Yeni Yasamalın ən ucqar ərazilərində qiymətlər minimum 1050-1100 manatdan başlayır. Mehdiabadda isə yeni tikililərin sayı azdır. Burada isə qiymətlər 850-900 manatdan başlayır.

Ekspert bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni tikililərdə qiymət artımı 15 faizdən çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR