Bakıda işə düzəltmək adı ilə dələduzluq - VİDEO

17.11.2019 18:23

Daha bir paytaxt sakini işədüzəltmə fırıldaqçılarınınqurbanına çevrilib. Yüksək maaşlı mühafizəçi vədinə aldadan şəxs güya yeni çıxmış xüsusi çipli əmək kitabçası üçün ödəniş etsə də, görüş təyin edilən yerə gələn olmayıb. Bir neçə saat yol kənarında gözləyən gənc telefonlarına cavab verənin olmadığını gördükdə aldadıldığını anlayıb.

Aylıq 600 manat maaşla mühafizəçi işi elanına aldanan gənc borc aldığı pulu da fırıldaqçılara qurban verib. Hadisə paytaxt sakini Qədir İsmayılovun başına gəlib. O, saytlardan birində iş elanı paylaşdıqdan sonra dələduzlar özü onu tapıblar.

Bundan sonra danışdığı şəxsin telefonlarına zəng çatmayıb. Qədir İsmayılovun sözlərinə görə, danışıqlardan şüphələnsə də edilən təkliflər cəlb edici gəlib.

Məsələni araşdırmaq üçün biz də qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da gün ərzində zənglərimizə cavab verən tapılmadı. Artıq məsələ ilə bağlı polisə məlumat verilib və fakt araşdırılır.

Hüquqşünas Anar Ramzanovun sözlərinə görə bu dələduzluq halıdır və onu edən şəxs inzibati məsuliyyətə cəlb edilərəkyüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlərə cəlb edilə və ona qarşı üç ayadək müddətə inzibati həbs tətbiq oluna bilər. Dəyən ziyanı və əlavə xərcləri məhkəmə yolu ilə də tələb etmək mümkündür.

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR