İsmayıllıda tarixi məsciddə tədqiqat aparılır - VİDEO

16.11.2019 20:59

İsmayıllıda 1791-ci ildə inşa edilmiş tarixi məsciddə tədqiqatlara başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva Lahıca səfəri zamanı buradakı Bədöyün məscidinin təmir edilməsi ilə bağlı tapşırıq vermişdi. Tapşırıq əsasında Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Bədöyün məscidində işlərə başlayıb. İki qurum arasında imzalanmış memoranduma əsasən abidədə təmir işlərinə başlanılmazdan əvvəl arxeoloji tədqiqatlar aparılır. Araşdırmalar zamanı məscidin döşəməsinin alt hissəsindən müxtəlif dövrlərə aid tikili qalıqları aşkar edilib.

Arxeoloji tədqiqatların ardınca məscid öz orijinal formasına uyğun təmir-bərpa və konservasiya ediləcək. İşlər başa çatdıqdan sonra isə qədim məscid dini təyinatı üzrə yenidən istifadəyə veriləcək.

Məscid ərazisində orta əsrlərə aid kitabxana da aşkar edilib. Hazırda oradakı əlyazmaların oxunması üzərində iş gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR