Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bir sıra istixanaların fəaliyyəti dayana bilər - VİDEO

15.11.2019 20:04

Azərbaycanda bir sıra istixanalar gələn ildən fəaliyyətini dayandıra bilər. Buna səbəb sahibkarların istixanadan əldə etdiyi gəlirin qaza sərf olunan xərcləri ödəməməsidir.

Xezerxeber.az-ın məlumatına görə, problemlərini aidiyyatı qurumlara catdıran sahibkarlar fəaliyyətlərinə davam etmək üçün tariflərin yenidən nəzərdən keçirilməsini təklif ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov səsləndirilən təkliflərin hökumətə təqdim ediləcəyini bildirib.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə bildirib ki, borcu olan istixanaların qazı kəsilməyib.

Sahibkarların tərəvəzçiliklə bağlı subsidiya verilməsi təklifinə isə Kənt Təsərrufatı nazirinin müavini İlham Quliyev cavab verib.

Görüş zamanı Zirə qarpızını yetişdirəcək sahibkarlara da lazımi köməkliyin göstəriləcəyi bildirilib.

Qeyd edək ki, bu gün Bakının Xəzər rayonunda sahibkarlarla görüş keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






332 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR