9 noyabr bayraq günündə edilən toy böyük marağa səbəb oldu - VİDEO

11.11.2019 19:45

Yevlaxda toy günü 9 noyabr dövlət bayrağı gününə düşən rayon sakini bu tarixi tam fərqli yaşayıb. Şadlıq sarayı, həyətin darvazası və toy karvanında olan maşınlar bayraqla bəzədilib. Görüntülər böyük marağa səbəb olub.

Toy evi,bəy-gəlin maşını bayraqlarla bəzədilib. Toy kortecində iştirak edən 10 -a yaxın avtomobildə bayraqlara bürünüb.

Maraqlı toy Yevlaxda baş tutub. Rayonun Aran qəsəbə sakini Cavidan Nurlu öz şad gününü 9 noyabra təyin etdikdən sonra kortecdə iştirak edəcək maşınların hər birində bayraq olmasını istəyib. Dostları, qohumları da bəyin arzusunu reallaşdırıb.

Yevlax sakinin toy məclisi Mingəeçvirdə yerləşən şadlıq evlərinin birində baş tutub. Bəyin bacısınının sözlərinə görə, həm gəlin evinə gedərkən, həmdə şadlıq evinə çatana qədər görənlər bayraqlı maşınları maraqla izləyiblər. Toy günü isə onlar üçün iki qat bayram olub.

Yevlaxda adətə görə,toy günü qapıya asılan bəzəklər uzun müddət orada qalır. Amma bayraq milli atributumuz olduğundan bir neçə gün sonra asıldığı yerdən götürüləcək.

© xezerxeber.az

FOTOQALERIYA






287 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR