Ağcabədi polisi Xaçmaz sakinlərindən Narkotik aşkarladı - VİDEO

09.11.2019 18:35

Biri qəbiristandan, digəri isə yaşadığı rayondan tapdığını dediyi narkotik maddə onlara baha başa gəlib. Ağcəbədi polisi qanunsuz narkotik maddə saxlayan şəxsləri saxlayıb. Hər iki faktla bağlı araşdırma başlanıb.

Xaçmaz rayon sakini Zaur Tarverdiyev və qeyri-rəsmi yaşadığı Aysun Əsgərova saxlanıb. Ağcabədi rayon polis şöbəsinin verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Zaur Tarverdiyev dindirilmə zamanı əməlini etiraf edib. Özünün də istifadə etdiyi narkotik maddələri isə tapdığını bildirib.

Başqa bir əməliyyat axtarış tədbiri zamanı Ağcabədi rayon sakinindən odlu silah və narkotik maddələr aşkar edilib. Rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Dilqəm Salmanovun evindən müxtəlif narkotik maddələr aşkar edilib.

Evə baxış zamanı 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə "Makarov" markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb. Saxlanan şəxs dindirilmə zamanı bu maddələrin hər birini 2 ay öncə qəbiristandan tapdığını bildirib.

Hər iki faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






89 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR