Qaz xətlərinə qanunsuz müdaxilənin üstü açılıb - VİDEO

08.11.2019 19:41

"Azəriqaz" İstehsalat Birliyi qaz xətlərinə qanunsuz müdaxilə faktlarının üstünü açıb.

Qurumdan "Xəzər Xəbər"ə verilən məlumata görə, bu faktlar bəzi abonentlərin qazın təzyiqi ilə bağlı şikayətləri araşdırılarkən üzə çıxıb. Məlum olub ki, bəzi insanlar ən ağlasığmaz yollarla qaz xətlərinə qoşulub oğurlub edirlər.

Xezerxeber.az-ın məlumatına görə, "Azəriqaz"ın Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib ki, belə qanunsuz müdaxilələr səbəbindən qaz oğurluqları baş verir. Bu da ətrafda yaşayan sakinlərə verilən qazın təzyiqinin azalmasına gətirib çıxarır.

Qurum rəsmisi bildirir ki, qaz xətlərinə qanunsuz qoşulmalar zamanı bir çox hallarda qazsızmalar da baş verir.

Qaz xətlərinə qanunsuz müdaxilələr edib qaz oğurlayan şəxslər barəsində isə hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Bu cür hallarla qarşılaşan abonentlər "Azəriqaz''ın 104 və 185 qaynar xətlərinə zəng vurub məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR