Bakıda bu məktəbdə hərbi kazarma var - VİDEO

08.11.2019 19:26

Güllələr, hərbi formalar, əsgər üçün lazım olan müxtəlif ləvazimatlar...

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Səbail rayonundakı 239 nömrəli orta məktəbdə hərbi ab-hava hökm sürür.

Məktəbdə keçirilən bir tədbirdən sonra yerli İcra Hakimiyyəti və Daxili Qoşunların köməyi ilə məktəb lazım olan bütün ləvazimatlar ilə təchiz edilib. Bundan sonra məktəbin daxilində bu kazarma təşkil olunub.

Hərbi hazıqlıq müəllimi Nizaməddin Məsimovun sözlərinə görə, dərslər eynilə hərbi xidmətdəki kimi keçirilir. Hətta uşaqların uniforma geyinmələri üçün komanda da verilir. Dərs zamanı hər bir detal nəzərə alınır.

Şagirdlər isə bu atmosferdə keçirilən dərslərin onlarda əsgər həyatına sevgi yaratdığını deyirlər.

Qeyd edək ki, məktəbin şagirdləri bir neçə dəfə hərbi təyinatlı yarışlara qatılaraq birincilik əldə ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR