Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Zərdabda partlayış baş verib - yaralılar var - VİDEO

07.11.2019 21:17

Zərdab rayonunda evdə partlayış baş verib. Nəticədə iki nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Siləyli kəndində qeydə alınıb.

Partlayış kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz sızması nəticəsində baş verib.

Partlayış nəticəsində evin mətbəxi tamamilə dağılıb, ev sahibi İlham Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri alıb. Onlar dərhal qonşuların və yaxınlarının köməkliyi ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR